Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-15 13:28:00
İbtidai siniflər üçün vəsaitləri abiturient.az saytından onlayn sifariş etmək olar

Dövlət İmtahan Mərkəzinin (DİM) digər nəşrləri kimi, Azərbaycan dili və riyaziyyat fənləri üzrə 2-ci, eləcə də 3-cü və 4-cü siniflər üçün qiymətləndirmə tapşırıqları vəsaitlərini abiturient.az saytından onlayn sifariş etmək olar.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, sifarişlər “Abituriyent” jurnalının əməkdaşları və ya poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5 gün ərzində ünvana çatdırılır.

Qeyd edək ki, “İbtidai siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri Dövlət İmtahan Mərkəzi tərəfindən ibtidai sinif şagirdləri üçün fənn kurikulumunun təlim nəticələri əsasında hazırlanır.