Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-15 12:22:00
Nazir “Virtual məktəb”dən danışdı – “Əlavə tədbirlərimiz olacaq, tezliklə məlumat veriləcək”

 

 

““Virtual məktəb” layihəsi çox böyük marağa səbəb oldu. 2 həftədən az müddətdir fəaliyyətdə olmasına baxmayaraq, 250 mindən çox şagirdimiz portalda qeydiyyatdan keçib və istifadə etməyə başlayıblar”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasında yayımlanan “Hədəf” verlişində deyib.

 

Nazir, bu istiqamətdə əlavə tədbirlər düşündüklərini və bu barədə yaxın günlərdə məlumat veriləcəyini bildirib:

 

“Hər həftə tele-dərslərin məzmun və formatına uyğun olaraq, fənlərlə bağlı ev tapşırıqları verilir. Şagirdlər həmin tapşırıqları yerinə yetirib cavabları portala yerləşdirirlər. Online qaydada cavabların düzgün və ya səhv olması haqda bildiriş gəlir. Şagirdləri stimullaşdırmaq üçün əlavə tədbirlər üzərində çalışırıq. Yaxın günlərdə bu barədə məlumat veriləcək.

Həmçinin Təhsil Nazirliyi olaraq bir sıra  istiqamətlər üzrə online platformalardan aktiv istifadə edirik. Bir sıra məktəndənkənar onlayn müsabiqələr keçirməyə başlamışıq”

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları