Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-14 23:07:00
Tətil müddəti uzadılacaq? – Təhsil nazirindən cavab

 

“Təhsil sistemində çalışan hər kəsin arzusu yenidən ənənəvi işinə qayıtmaqdır. Təhsil sistemi çox böyük sistemdir. Tədrisin yenidən bərpa olunması 2 milyon insanın gündəlik hərəkəti və bir çox hallarda onların nəqliyyatdan istifadəsi deməkdir. Ölkə başçısı İlham Əliyev, ölkəmizdə ilk koronavirus faktı qeydə alındığı vaxtdan bir neçə gün sonra, martın 3-də dərslərin bağlanması haqqında göstəriş verdi. Azərbaycan bu istiqamətdə ilklərdən oldu. Daha sonra Nazirlər Kabineti yanında Operativ qərargahın yaradılması kimi çox ciddi tədbirlər həyata keçirildi”.

 

AzEdu.az  xəbər verir ki, bunu Təhsil naziri  Ceyhun Bayramov  AzTV-nin “Hədəf” verilişində deyib.

 

Nazir bildirdi ki, tətil müddəti uzadılsa, bu həftə ictimaiyyətə elan olunacaq:

 

“Ölkəmizdə  ilk koronavirus faktından artıq 6 həftə keçib, hazırda sanitar-epidemioloji vəziyyət tam nəzarətdədir.  Nazirlər Kabineti yanında Operativ qərargah bütün məsələləri və riskləri nəzərə alaraq, sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək. Tətil müddətinin uzadılması ilə bağlı qərar olarsa, bu həftə ictimaiyyətə elan olunacaq”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları