Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-14 14:12:00
"Həkimlərimizə məktub yazaq" təşəbbüsünə start verilib

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə bildiyimiz kimi, əsasən həkimlər, tibb işçilərinin çiynində dayanır və bu günlərdə onların göstərdiyi fədakarlıq cəmiyyətdə böyük qürur hissi doğurur.

 

Bu baxımdan Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı həkimlərə minnətdarlıq ifadəsi kimi maraqlı bir təşəbbüs ortaya qoyub. Bu təşəbbüs “Həkimlərimizə məktub yazaq!” adlanır və universitet tərəfindən bəyənildiyi üçün təşəbbüsə start verilib.     

 

MDU-dan verilən məlumata görə, təşəbbüsə qoşulmaq şərti belədir:

 

Həkimlərimizə ünvanlanan və əlyazısı ilə yazılan məktubun şəklini öz Facebook səhifənizdə #həkimlərimizəməktubyazaq həştəqi ilə paylaşmaq;

 

Paylaşımda “Mingəçevir Dövlət Universiteti” və “MDU TGT” Facebook səhifələrini qeyd etmək.

 

MDU-nun bütün tələbələrini və əməkdaşlarını, eləcə də maraqlanan istənilən şəxsi MDU-nun “Həkimlərimizəməktubyazaq” təşəbbüsünə qoşulmağa dəvət edirik.

 

Həkimlərimizə Məktub yazaq! Həkimlərimizin yanında olduğumuzu bildirək!