Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-25 17:41:07
Məktəblilər pilotsuz uçuş aparatı hazırladılar

Türkiyənin Sivas bölgəsindəki orta məktəbdə təhsil alan şagirdlər pilotsuz uçuş aparatı istehsal ediblər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, lisey şagirdlərinin yerli ləvazimatlardan istifadə edərək hazırladığı uçuş aparatının sınağı məktəbin həyətində gerçəkləşib.

Təxmini 20 dəqiqə havada qala bilən, çəkdiyi görüntüləri xüsusi qurğuya qeyd edən  cihaz uçuşu uğurla başa vurub.

Məktəbin müdiri Suat Demirer liseyin bundan əvvəl yerli dron istehsal etdiyini bildirib:

“İbn Sinanın bir sözü var: “Elm və sənət etibar görmədiyi yerdə durmaz”.

Bu sözdən çıxış edib elmə önəm verərək, şagirdlərimizi yeni kəşflər etməyə yönəldirik. Məktəblilər bu cihaza lazım olacaq bütün proqramları özləri yazıblar. Pilotsuz uçuş aparatını hazırlamaq üçün  kiçik hissələrdən istifadə edilib. Əldə etdiyimiz uğur şagirdlərin zəhmətinin nəticəsidir. Pilotsuz uçuş aparatı hazırlayaraq onu sınaqdan keçirən ilk məktəb olduğumuza görə qürur duyuruq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları