Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-13 17:06:00
Karantin günlərində uşaqları texnoloji asılılıqdan necə qoruya bilərik?-İZAH

 

Bu günlərdə valideynlərin ağlında bir sual var: “Karantin günlərində uşaqları texnoloji asılılıqdan necə qoruya bilərəm? Və ya buna gərək varmı?”

Məktəb yaşında olan övladlarınızın gündə 8 saat yatmasına çalışın

Uşaqlar nə qədər çox televiziya proqramları izləsələr, o qədər də “Fastfood” qidalardan istifadə edirlər. Yatarkən telefonla oynamaq da yuxu sistemini pozur və yuxu üçün hazırlaşan beyni yenidən işə salır. Əgər maarifləndirici proqramlar izlənilirsə, bu halda televiziya və telefonların istifadəsi anlaşılandır. Nəinki uşaqlar, hətta orta yaşlılar da gündə 2 saatdan artıq tv izləməməli, telefonda vaxt keçirməməlidir. 5 yaşından kiçik uşaqlar üçün bu qaydalar daha ciddi şəkildə həyata keçirilməlidir.

 

Amerika Pediatr Akademiyasının açıqlamasına görə, valideynlər övladlarına dostları ilə əlaqə saxlayarkən və dərslərini onlayn şəkildə edərkən telefondan istifadəyə icazə verməlidir. Məktəb yaşında olan övladlarınızın gündə 8 saat yatmasına çalışın. APA şiddətlə tövsiyə edir ki, ekransız fəaliyyət növlərinə üstünlük verin. Yemək zamanı telefonunuzu uzaq tutun.

 

Bu qaydalar normal həyat şəraiti üçün nəzərdə tutulub. Bəs pandemiya dövründə necə olmalıdır?

Karantin dövründə uşaqların insternetdən istifadəsinə həmişəkindən daha çox icazə verə bilərsiniz.

 

APA 18 aylıq uşaqlar üçün telefon istifadəsini məsləhət görmür. 18-24 aylıq uşaqlar isə valideyn nəzarətində məşğul ola bilərlər. 2-5 yaşlı uşaqlar gündə 1 saat keyfiyyətli proqramlar izləməlidir. Karantin dövründə yuxu və qida vərdişi qaydasında olan uşaqlara onlayn resurslardan istifadəyə vaxt məhdudiyyəti tətbiq olunmayıb.

 

Bu müddətdə uşaqlar həmişəkindən fərqli davranış və danışıq tərzinə yiyələnə bilərlər. Valideynlər bunu diqqətdə saxlamalıdır.

Koronavirus haqda uşaqların anlayacağı dildə danışılmalıdır. Onlara güvən verin. Əllərini tez-tez yumaq və digər gigiyenik vasitələri etməklə pandemiyanın bitəcəyi tipli ümidverici cümlələr qurun. Qısa gəzinti, birlikdə yemək yemək, idmanla məşğul olmaq kimi işlər həyata keçirin.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları