Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-13 16:12:00
Cəbhə bölgəsinin müəllimi: “Telefon xətti yoxdur, şagirdlər internet paketlə dərsə qoşulurlar”- Distant təhsil

 

 

 

“Valideynlər tədrisdə bizə çox kömək edir. Onlarsız nəticə əldə etmək mümkün deyil.  Nənə himayəsində olan uşaqlarla çətinlik yaşayıram.  Həmin uşaqlar  onlayn dərs boyu oxuyub, yazır.  Onlara daha çox diqqət edirəm.  Bu da ən azı iki saatdan çox vaxtımızı alır”.

 

Bu fikirləri onlayn dərslərlə bağlı AzEdu.az-a danışan Tərtər rayon  3 nömrəli məktəbin ibtidai sinif müəllimi  Nigar  Sultani deyib.

 

O, onlayn dərslərdə əsas məqsədi,  həmçinin yaranan çətinlikləri vurğulayıb:

 

“Onlayn dərslərdə əsas məqsədim  odur ki, şagirdlər indiyə qədər öyrəndiklərini unutmasınlar.  Birinci sinif olduqlarına görə daha çox materialı  üzündən oxuma və yazı bacarıqlarına diqqət edirəm. Düzdür, hazırkı məktəb  proqramına çatmamışıq.

 

Aşağı sinif olduğuna görə yuraxı siniflər kimi intizamlı olmurdular. Hətta ilk başlayanda çox çətin idi, hamısı birdən eyni vaxtda danışırdı. İndi alışıblar, artıq dərs dinləyə bilirlər.

 

Əsas çətinliyim isə eyni vaxtda şagirdlərin hamısının dərsə qoşula bilməmələridir.  Buna görə çox narahat oluram.   Bakı Gəncə kimi şəhərlərdə distant təhsil daha asandır. Tərtər rayonu cəbhə bölgəsidir. 2 şagird kənddə olur, elə valideynlərimiz var ki, evləri təzə tikildiyinə görə telefon xətləri yoxdur. Onlar mobil internet paketləri  vasitəsilə dərslərə qoşulurlar.  Onlara da minnətdaram”.

 

“Baxın, müəllim, burada qaralama salmışam”

 

Nigar müəllim  özünün qurduğu onlayn dərsləri  haqqında da məlumat verib.  O, şagirdlərin səhvlərinə müdaxilə edə bilmədiyinə görə çox təəssüfləndiyi deyir.

 

“Dərsləri Zoom  və vatsap prqramları vasitəsilə qururam. Həmçinin maraqlı videolar hazırlayıb izləmələri üçün şagirdlərə göndərirəm. Onlayn dərslərdə az da olsa, nəyəsə nail ola bilirik.

 

Lakin  elə valideynlər də var ki, smart telefonlar, evlərdə internet yoxdur. Elə uşaqlarla ev və mobil telefonla əlaqə saxlayıram.  Düzü, şagirdlərin əksəriyyətində internet var, cəmi ikisində yoxdur.

 

Telefonda zənglə əlaqə saxladığım şagirdlərin yazıların görə bilmirəm. Onlar özləri  etdiyi səhvləri deyir: Baxın, müəllim, burda qaralama salmışam və s. Amma  mən görə bilmirəm. Buna görə çox pis oluram”.

 

 

“Ümid edirik, tezliklə karantin rejimi ləğv olunacaq, sinif otaqlarında dərslərimizi keçəcəyik. Şagirdlərin hər biri bizim üçün çox dəyərlidir”-deyə ibtidai sinif müəllimi N.Sultani sözlərinə əlavə edib.