Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-13 15:12:00
Daimi qeydiyyatı olmayan uşaqların elektron qeydiyyatı bu cür aparılır -RƏSMİ

AzEdu.az xəbər verir ki, Məktəbəhazırlıq qruplarına təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan və bu il 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir.

 

“Məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin tədris ilində IV sinifdə dərs deyəcək və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur. Bu qruplarda təhsil dövlət hesabına həyata keçirilir. Uşaqlar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir”

 

Bundan başqa, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün hər hansı ümumi forma nəzərdə tutulmayıb. Valideyn uşağın doğum haqqında şəhadətnaməsi ilə qeydiyyatdan keçə bilər. Elektron qeydiyyat sistemi ilə bağlı rayonlardan xeyli müraciət almışıq. Bu səbəbdən bildirmək istəyirəm ki, məktəblərdə valideynlərə kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri yaradılıb”.

 

Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşlar uşaqlarını elektron sistemdə qeydiyyatdan necə keçirə bilərlər?

 

Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları