Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-25 16:52:53
Universitetlərdə yay sessiyası nə vaxt başlayır? - Tarixlər

Dərs ilinin bitməsinə olduqca az müddət qalıb. Bəzi universitetlərdə hələ yay imtahan sessiyası başlamasa da, bəzilərində artıq  başa çatıb. Yay imtahan sessiyası hər universitetdə müxtəlif tarixlərdə keçirilir.

AzEdu.az Azərbaycanın aparıcı ali təhsil müəssisələrində yay imtahan sessiyasının və dövlət imtahanlarının vaxtını araşdırıb.

Bakı Dövlət Universitetində iyun ayının əvvəlindən etibarən yay imtahan sessiyası start götürəcək. Əsasən, IV kurs tələbələri üçün nəzərdə tutulan dövlət imtahanlarının isə mayın 29-da keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Tibb Universitetində yay sessiya imtahanları artıq başlayıb. Dövlət imtahanlarının   iyun ayının 1-dən etibarən keçirilməsi planlaşdırılır.

Azərbaycan Diplomatik Akademiyasında bütün imtahanlar başa çatıb.

Azərbaycan Dillər Universitetində sessiya imtahanları 2 iyun tarixindən başlayacaq. 23 iyundan isə dövlət imtahanları start götürəcək. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yay imtahan sessiyası iyunun 1-dən, diplom müdafiələri isə iyunun 8-dən start götürəcək.

Azərbaycan Dövlət İqtisad Universitetində yay imtahan sessiyası 1 iyundan 5 iyula qədər davam edəcək. 22 iyundan etibarən başlayacaq diplom işlərinin müdafiə mərhələsi 5 iyul 2018-ci ildə başa çatacaq.

Azərbaycan Texniki Universitetində diplom işlərinin müdafiəsinin  iyunun 10-dan iyulun 4-nə kimi bitməsi nəzərdə tutulub. Yay sessiya imtahanları isə iyunun 1-dən  iyulun 3-nə qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları