Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-25 16:41:11
Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırıb

Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının məlumatı.

 

Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 208 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,18%-i) 1109 tapşırıq (bütün tapşırıqların 0,05%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Onlardan 107 şagirdin (bütün imtahan verənlərin 0,09%-i) cəmi 153 tapşırıq (bütün tapşırıqların 0,007%-i) üzrə qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.