Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-11 12:50:00
“Müəllimlərimiz könüllü olaraq onlayn dərslər keçirlər”-RTŞ müdiri 

Karantin rejimi ilə əlaqədar bütün ölkə distant-onlayn təhsil sisteminə keçid edib. İmişli rayon təhsil şöbəsinin müdiri Ələmdar Quliyev İmişli rayonunun təhsil sistemindəki son yenilikləri AzEdu.az-a açıqladı. Onun sözlərinə görə, müəllimlər könüllü olaraq onlayn dərslərə qoşulublar:

 

“Təhsil Nazirliyi karantin rejimi elan olduğu üçün online dərslərə üstünlük verir. İmişli rayonunun təhsil mərkəzlərində də bu məsələ gündəmdə saxlanılır. Müəllimlərimiz könüllü olaraq onlayn dərslər keçirlər. Bu da şagirdlərimizin evdə olsalar da, dərslərdən geri qalmamasına kömək olur. İmişli şəhər 5 saylı, 3 saylı  orta məktəblərində, Məzrəli, Şahverdili, Buludlu kənd tam orta məktəblərində keçirilən onlayn dərslər Təhsil Nazirliyi tərəfindən qiymətləndirilir. Müəllim və şagirdlər arasında əlaqələrin möhkəmləndirilməsində onlayn dərslər mühüm vasitə rolunu oynayır. Bu addımlar #evdəqal #dərsdənqalma kampaniyasına dəstək üçündür. Koronavirusla bağlı valideynlər də maarifləndirilib”.

 

İnternetlə bağlı cüzi problemlər var. Demək olar ki, bütün evlərdə internetə çıxış var. Bəzi kəndlərdə internetsizlik müşahidə olunur”.

 

“Rayon təhsil şöbəsi olaraq onlayn şəkildə məktəb direktorları və müəllimləri ilə əlaqə saxlayırıq. Təhsildə baş verən dəyişikliklər onlara çatdırılır və təlimatlar verilir. Rayon təhsil şöbəsində hazırda 5 nəfər əməkdaşımız çalışır və onların da hər biri lazımı tibbi vasitələrlə(maska, spirt,əlcək) təmin olunub, digərləri isə karantin rejimi ilə əlaqədar olaraq məzuniyyətə buraxılıb”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları