Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-10 11:17:00
Onlayn dərslərdə iştirak etməyən tələbəyə qayıb qoyula bilməz-RƏSMİ

Onlayn dərslərdə iştirak etməyən tələbələrə qayıb qoyulmur.

 

AzEdu.az xəbər verir ki, bu barədə məlumatı Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

 

 O bildirib ki, Təhsil Nazirliyi təhsil müəssisələrinin məsafədən tədrisin təşkili işinə dəstək verir və bununla bağlı ali təhsil müəssisələrinə 18 mart (istifadə ediləcək onlayn platformaya dair) və 30 mart (məsafədən tədris zamanı bəzi məsələrə dair) tarixli məktublarla öz tövsiyə və göstərişlərini göndərib:
 

“Tələbələrdən xahiş olunur ki, məsafədən tədris prosesində fəal iştirak etsinlər və onlar üçün yaradılmış bu fürsətlərdən tam yararlansınlar. Eyni zamanda, bəzi tələbələrin İKT avadanlığına və tələb olunan rabitə keyfiyyətinə çıxışı yoxdur və buna anlaşıqlı yanaşaraq məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən hər hansı tələbəyə qarşı cəza tədbiri nəzərdə tutulmayıb. Qısa desək, qayıb qoyula bilməz”.