Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-25 13:05:16
İnzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün  namizədlərin müsahibələri başa çatıb

7 dövlət orqanı üzrə 13 fevral 2018-ci il tarixdə elan edilmiş ümumi müsahibədə 166 vakant vəzifə üzrə mürəciət etmiş 244 namizəddən 132-si müsahibələrdə uğur qazanaraq iddia etdiyi vakant vəzifəyə uyğun biliniblər.

 

Müsahibələr Səhiyyə NazirliyiMədəniyyət NazirliyiEkologiya və Təbii Sərvətlər NazirliyiDövlət Şəhərsalma və Arxitektura KomitəsiƏmlak Məsələləri Dövlət KomitəsiDini Qurumlarla İş üzrə Dövlət KomitəsiQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət KomitəsiKəlbəcər Rayon MəhkəməsiŞamaxı Rayon Məhkəməsi üzrə keçirilib.

Dövlət İmtahan Mərkəzinə ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (43) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (110) tərəfindən təqdim olunub.Təqdim olunan ən yüksək vəzifə Səhiyyə Nazirliyində Səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsinin müdiri vəzifəsidir.

Ümumilikdə, bu günədək Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi müsahibə üzrə 137 namizəd vəzifəyə uyğun bilinib.