Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-09 17:36:00
“İpək yolu” jurnalının yeni nömrəsi Azərbaycan Universitetinin saytında yerləşdirilib

Azərbaycan Universitetinin “İpək yolu” elmi məqalələr jurnalının 2020-ci il üçün birinci nömrəsi elektron versiyada universitetin saytında (www.au.edu.az) yerləşdirilib.

 

 AzEdu.az xəbər verir ki, jurnalın bu nömrəsinə iqtisad, filologiya, tarix və sosial elmlərə aid Azərbaycan, ingilis və rus dillərində məqalələr daxil edilib.

 

Ciddi rəyləşdirilmiş elmi məqalələri dərc edən “İpək Yolu” jurnalının arxivini onlayn formada Azərbaycan Universitetinin saytından oxumaq mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı”na daxildir. Bundan başqa, jurnal Rusiyanın “RSCI”, “Eurasian Scientific Journal Index”, ABŞ-ın “Academic Keys”, “Scientific Indexing Services”, “JI Factor”, Yaponiyanın “ResearchBib - Academic Resource Index” (Yaponiya), Almaniyanın “Advanced Science Index”, Hindistanın “Directory of Research Journals Indexing”, “Root Indexing - Journal Abstracting and Indexing Service”, Avstraliyanın “Science Library Index” beynəlxalq indeksləmə bazalarına da daxil edilib.