Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-09 12:38:00
Beynəlxalq şahmat yarışları bir il müddətinə təxirə salına bilər

AzEdu.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadla xəbər verir ki, ali şahmat qurumu 2020-ci il yarışlarının 2021-ci ildə, 2021-ci yarışlarının isə 2022-ci ildə keçirilməsi variantını nəzərdən keçirir.

Məlumatda vurğulanır ki, ayrı-ayrı yaş qruplarında Avropa və dünya çempionatları, həmçinin 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmək istəyənlər bunu nəzərə almalıdırlar.

Müraciətlərin bu ilin sentyabrın 4-dək qəbul olunacağı qeyd edilir.