Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-08 17:08:00
Koronavirusa qarşı süni virus YARADILDI

Amerikalı alimlər koronaviruslara qarşı vaksin kimi istifadə edilə biləcək süni virus yaradıblar.

 

 Süni virus hələlik laboratoriya şəraitində, MERS koronavirusu yoluxmuş siçanlar üzərində sınaqdan keçirilib. Alimlər hesab edirlər ki, bu yanaşma SARS-CoV-2 virusuna qarşı da səmərəli olacaq. Araşdırmanın nəticələri Amerika Mikrobiologiya cəmiyyətinin mBio jurnalında dərc edilib.

 

Hazırda dünyada insanları COVİD-19 və ya ondan əvvəlki SARS (SARS qeyri-tipik pnevmoniya adı ilə məşhur olan kəskin respirator sindromu) və MERS (Yaxın Şərq respirator sindromu) kimi koronavirusların törətdiyi infeksiyalardan qoruyan vaksin yoxdur.

 

Alimlər yeni araşdırmada gen-mühəndis virusunun yaradılmasına əsaslanan perspektivli yanaşmanı təsvir edirlər. Koronavirusların "tikanları" bu virusun tərkibindəki zülal fraqmentlərindən əmələ gəlir. Onlar hüceyrələrin səthindəki reseptorlarla bağlanır, bu da virusun sağlam hüceyrələrə keçməsinə imkan verir.

 

Müəlliflər yeni virusu MERS virusuna qarşı vaksin kimi siçanlar üzərində sınaqdan keçiriblər. Məlumdur ki, MERS virusu siçanları məhv etmir, buna görə də eksperiment üçün model heyvanlar yaradılıb. MERS virusu bu heyvanların orqanizmində toplanan DPP4 zülalı vasitəsilə insan hüceyrələrinə daxil olur. (Modern.az)