Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-25 11:43:00
İkinci qrant müsabiqəsində qalib gələn Bakı məktəbləri - SİYAHI

Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinin qalibləri müəyyənləşib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a bildiriblər ki, bu qurumun tabeliyindəki 5, 18, 19, 22, 36, 55, 78, 84, 116, 163, 164, 251, 202, 319 nömrəli tam orta məktəblər, 291 nömrəli Ekologiya Liseyi və Məktəb Lisey Kompleksinə məxsus layihələr ümumtəhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasındadır.

Qalib layihələrdə “Ümumi təhsil pilləsi üçün inteqrativ dərsliklərin hazırlanma təcrübəsinin araşdırılması və yerli modelin yaradılması”, “İbtidai siniflərin kurikulumunun praktik STEM məşğələləri ilə zənginləşdirilməsi”, “Məhdudiyyətsiz innovasiyalar”, “Şagird-mentor”, “İnklüziv təhsildə elektron lövhə”, “Məktəbdə milli mənəvi dəyərlərin qorunması və təbliği mərkəzinin yaradılması”, “Yuxarı sinif şagirdlərinin kimya, biologiya və fizika fənlərinə olan marağının artırılması məqsədlə ümumşəhər bilik yarışlarının təşkili” kimi mövzular üstünlük təşkil edib.

BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 14 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib. Bu kateqoriya üzrə qalib layihələrdə “Birinci sinif şagirdlərinin məktəbə psixoloji adaptasiyası”, “Riyaziyyat olimpiadalarına hazırlıq üçün ilkin vəsaitlər”, “Mənim sevimli texnoparkım”, “Robototexnika mərkəzi”, “Şagirdlərin oxu bacarıqlarının inkişafı” və digər mövzulara xüsusi yer verilib.

Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır.