Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-08 16:20:00
Psixoloq məsləhəti : “Təşviş zamanı zehninizin dərinliklərinə fokuslanın”

Gündəmi zəbt edən əsas psixoloji problemlərimizdən biridə qorxudur. Biz məqsədlərimizə doğru addımlayarkən əngəllər haqqında təsəvvürümüz olmur,qorxu gəldiyi zaman isə insanlar qaçmağa başlayır. Və bu zaman nə olur? İnsan özünü qorxuya məhkum edib, heç vaxt heçnə öyrənə bilmir. Qorxu münasibətlərimizə və fəaliyyətimizə mənfi təsir edən əsas əngəldi. Qorxu bizim olan, bizə məxsus bir düşüncədir. Doğulandan bizdə yaranan  şərti refleksimizdir və bizi təhlükələrdən xəbərdar edir,bu normal qorxudur. Travma sonrası və yaxud hər hansı vizuallığın bizdə yaratmış olduğu qorxu isə əngəllər yaradır.

 

Covid-19 epidemiyasının yaratdığı təşviş və həyəcan isə daha çox qorxuya və tanatofobiyaya (ölüm qorxusu) səbəb olur. Qorxu, həyəcan, təşviş yarandığı zaman zehninizin dərinliklərinə fokuslanın ve zehninizdə özünüzü güvəndə, rahat hiss edəcəyiniz məkanı tapın. Bu sizin nə zamansa olduğunuz yada,olmaq istədiyiniz məkan ola bilər. Rahatlayana qədər və narahatlıq hissi yox olana qədər bu anda qalmağa çalışın.

 

Bu dönəmdə daha çox məşğuliyyətlər tapmalı,sosial media və internetde yanlış məlumatlara oyanıq olmalı,bacardığınız qədər köhnə rejimi dəyişməmək, daha çox aktivlik göstərmək gərək. Özümüzü məşğul etsək əlbəttə mövcud problem üzərində də daha çox düşünmə şansımız olmayacaq.

 

Düşüncələrimiz yaradıcıdır!

Qorxular zehində əks fikirlər yaradır. Davamlı olaraq qorxunu yenmək istəyən adam qorxudan qaçmağa və düşünməməyə çalışır. Zehnimiz isə əks fikirləri qəbul etmir. Məsələn “qırmızı alma düşünmə” dediyim zaman zehninizdə qırmızı alma haqqında  görüntü yaranacaq. Sigmund Freudun dili ilə desək “şüurumuz yox sözünü tanımır”.

 

Beynimiz mənfi-müsbət, yaxşı-pis seçməz. Bu bizim əlimizdədir. Çünki beyin doğulduğu zaman ne edəcəyini bilməyən,düşünərək dəyişən orqandır. Qorxunu dəhşətli və vahiməli proses kimi yox, bizi ətraf təhlükələrdən xəbərdar edən siqnal kimi qəbullanmaq vacibdir.