Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-25 11:21:00
Cümhuriyyətin 100 illiyi Minkənd kənd tam orta məktəbində qeyd edilib - FOTO

Şəhid Bayram Məmmədov adına Laçın rayon Minkənd kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, məktəbdə təşkil olunan tədbirdə Laçın rayon Təhsil şöbəsinin əməkdaşı Elnur Məmmədov, direktor İlqa Şahverdiyev, şəhidin atası Məmməd Məmmədov  KİV nümayəndələri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

“Cümhuriyyət - 100” adlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlqar Şahverdiyev xalqımızın öz tarixinin ən parlaq və şərəfli səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd etdiyini bildirib.

Tədbirdə çıxış edən Laçın rayon təhsil şöbəsinin əməkdaşı Elnur Məmmədov qonaqları salamlayaraq, 1918-ci il mayın 28-də yaradılan, müsəlman dünyasının ilk parlamentli respublikası kimi dünyanın demokratik dövlətləri tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını, müasir və müstəqil Azərbaycanın bu Cümhuriyyətin siyasi varisi olduğunu diqqətə çatdırıb. E.Məmmədov belə tədbirlərin şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşması baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

Şəhid Bayram Məmmədovun atası Məmməd Məmmədov çıxışı zamanı ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın inamla irəlilədiyini, regionda və dünyada lider dövlətə çevrildiyini nəzərə çatdırıb. Şəhid adasının ən böyük arzusu belə bir mühüm tədbiri işğal olunmuş torpaqlarımızda keçirilməsidir.

Çıxış edən digər qonaqlar tədbir iştirakçılarını AXC-nin 100 illik yubileyi münasibətilə təbrik edərək, Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Tədbirdə iştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib, şagirdlərin ifasında mahnı və şeirlərdən ibarət kompozisiyalar nümayiş etdirilib.