Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-08 11:26:00
Elm və təhsil komitəsinin iclası nə zaman keçiriləcək?- Deputatdan açıqlama

 

 

Koronavirus təhlükəsini  qarşısının alınması məqsədilə xeyli tədbirlər təxirə salınıb, vacib məsələlər isə onlayn müzakirə edilib.

 

Həmçinin Milli Məclisdə bəzi komitə iclasları da onlayn şəkildə keçirilib:

 

Millət vəkili, Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov  AzEdu.az-a açıqlamasında  komitənin növbəti iclasından danışıb.

 

“Hələ ki iclasın nə vaxt və hansı qaydada keçirilməsi barədə məlumat verilməyib.  Komitənin iclası  növbəti həftələrdə keçirilə  bilər”.

 

Qeyd edək ki,  Məclisin mətbuat xidmətinin rəhbəri Akif  Təvəkküloğlunun verdiyi məlumata görə  Milli Məclisin aprelin 9-da nəzərdə tutulan  plenar iclası elektron qaydada keçirilməyəcək. İclas normal qaydada olacaq.