Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-25 11:13:45
Almaniya məhkəməsi iki müəllimənin iddiasını təmin etmədi - Hicablı olduqları üçün

Almaniyanın Berlin şəhərindəki Əmək Məhkəməsi ayrı-seçkiliyə məruz qaldıqları üçün məhkəməyə müraciət edən hicablı iki müəllimənin şikayətinə baxmayıb.

AzEdu.az Maide.az-a istinadən xəbər verir ki, müəllimələrdən biri məktəblə hicabla çalışmaq istəsə də, onu işə götürməyiblər.

Bu səbəblə məktəbdən təzminat tələb edən müəllimənin şikayəti təmin edilməyib. Məhkəmədən bildirilib ki, Tərəfsizlik Qanununa əsasən polislər, idarələrdən çalışanların və müəllimlərin dövlətə aid yerlərdə və məktəblərdə dini simvol və geyimlər geyməsi qadağandır.

Digər müəllimənin təzminat tələb etmə müddəti olan 2 ayı keçdiyi üçün tələbi etibarsız hesab edilib.

Peşə Qadağalarına QarşıMübarizə İttifaqı məhkəmənin bu qərarını sərt şəkildə tənqid edib və qadağanın konstitusiyaya zidd olduğunu açıqlayıb:

“Tərəfsizlik Qanunu müsəlman qadınlara işləmək qadağası gətirir. Federal Konstitusiya Məhkəməsi tərəfindən 2015-ci ildə alınan qərarda bunun ayrı-seçkilik olduğu bildirilib. İctimai sabitlik cəmiyyətin bəzi hissələrinə işləmək qadağası gətirilməklə təmin edilə bilməz”.