Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-07 15:14:00
MİQ imtahanına hazırlaşanlar üçün TESTLƏR və CAVABLARI

AzEdu.az MİQ imtahanına hazırlaşan filoloqlar üçün hazırlanan test tapşırıqlarını təqdim edir. Suallara cavablayıb, özünüzü yoxlaya bilərsiniz. Cavablar aşağıda qeyd olunub.

  1. Feilin qrammatik məna növləri ilə bağlı cədvəlin hansı sütununda təqdim olunan nümunə uyğunsuzluq yaradır?
  2. Top meydana atıldı. Məchul növ
  3. Ürəyim yaman döyünür. Qayıdış növ
  4. Söz bir dəfə deyilər. Məlum növ
  5. Qələbə qazandığı üçün öyünürdü. Qayıdış növ
  6. İgidlər başqaları tərəfindən öyülürdü. Məchul növ
  7.  Sözün çoxmənalılığına aid nümunələr arasında məntiqi pozan hansıdır?
  8. Kitabı almaq-Xəbər almaq
  9. Xəmiri yay-Xəbər yaymaq
  10. Kitabları say-Saya salmaq
  11. Odun yarmaq-Sözümü o yara çatdırın
  12. Odun yarmaq-ev yarmaq
  13. Quruluşca sadə feillər arasında verilə bilməz:
  14. Alışmaq
  15. Kiçilmək
  16. İrəliləmək
  17. Qızarmaq
  18. Yırğalamaq

4.Təsirlik halda olan sözlərlə bağlı fikirlərdən hansı doğru deyil?

  1. Təsirlik halda olan söz ismi xəbərlə qrammatik əlaqəyə girmir.
  2. Təsirlik halda olan söz qoşmalarla işlənir.
  3. Təsirlik halda olan söz özündən sonra heç bir şəkilçi qəbul etmir.
  4. Təsirlik halda olan söz tələffüzdə bəzən bitişdirici samitlə də qurtara bilir.
  5. Təsirlik halda olan söz cümlədə əsasən tamamlıq vəzifəsində çıxış edir.

5)1.Nağıllar məzmun etibarilə, əsasən, 3 yerə bölünür:heyvanlar haqqında nağıllar, sehirli nağıllar və məişət nağılları.
2.Heyvanlar haqqında nağıllarda haqsızlıq, ədalətsizliklə mübarizə motivləri mühüm yer tutur.
3.Sehirli nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələrlə deyil, cin, div, əjdaha, ifritə kimi sehirli qüvvələrlə qarşılaşır.
4.Məişət nağıllarında həyatda baş verən real hadisələr təsvir edilir.
5.Bu nağılların qəhrəmanları çox zaman təkəbbürlü və qorxaq olurlar.
Nağıllar haqqında verilən mətndə hansı rəqəmlə başlayan cümlədəki fikir doğru deyil?

  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5

6) 1.Avesta da əksini tapan dini baxışın əsasını dualizm təşkil edir.Cismani aləmdə işıqla qaranlıq, üzvi təbiətdə ölümlə həyat, mənəvi aləmdə xeyirlə şər, ictimai həyatda ədalətlə zülm arasında daimi mübarizə gedir.
2.Dini aləmdə bu mübarizəni Hörmüz ilə Əhrimən arasında gedən konflikt təmsil edir. Əsas mübarizə bu iki xeyir və şər allahı arasında cərəyan edir.
3.Ahuraməzda qaranlığı, ölümü, şəri, zülmü təmsil edir, Anqramanyu isə işığı, həyatı, xeyri, ədaləti.
4."Avesta"da xeyirin qələbəsinə inam ifadə edilir.
5."Avesta"ilk dövrlərdə şifahi şəkildə yayılmışdır.
"Avesta" haqqında mətndə hansı rəqəmlə başlayan fikir yanlışdır?

  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5

7.Təqdim olunan  sözlərdən birinin mənası düzgün izah olunmayıb:

  1. Vaqifi-kar-işləri bilən
  2. Vərdi-həmra-qırmızı qızılgül
  3. Zəbanə-şölə
  4. Övsaf-vəsflər
  5. Payan-əvvəl, ilk

8.Sözlərdən  birinin leksik izahı düzgün verilməmişdir:

  1. Natürmort – Təsviri sənətdə (əsasən boyakarlıqda) janr.
  2. Cahangir – Dünyanı istila edən,fəth edən.
  3. Anaqram – Eyni hərflərin müxtəlif ardıcıllıqla birləşməsindən yaranan sözlər.
  4. Ellipsis – Konus və ya silindrin müstəvi ilə kəsişməsindən hasil olan qapalı əyri xətt.
  5. Quzey – Dağın, evin və s. gün düşməyən yeri.

 9.Kölgə yavaş-yavaş gözdən itirdi.

Elnur  yenə də pulunu itirdi.

Nümunələrində işarələnmiş  sözləri bir-birindən fərqləndirən xüsusiyyətləri  seçin:

1.zamanları    2.vurğuları   3.quruluşca növləri    4.qrammatik  mənaları   5.başlanğıc formaları

  1. 1.2.3.5
  2. 1.2.5
  3. 1.3.5
  4. hamısı
  5. 2.3.4.5

 10.Biri haqqında məlumat verilməyib.
1. Yazıçının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaətdir.
2. Məzmuna təsir edir.
3. Bədii əsərdə tarixi xarakter daşıyır.
4. Mövzu və ideya birləşib əmələ gətirir.

  1. mövzu
  2. ideya
  3. məzmun
  4. forma
  5. surət

11.M. Hadinin “Türkün nəğməsi” şeiri ilə bağlı səhv fikri tapın.

  1. Əsər I Dünya müharibəsi dövründə yazılmışdır.
  2. Şeirdə sənətkarın lirik-fəlsəfi düşüncələri verilmişdir.
  3. Azadıq uğrunda mübarizə, ölməzliyi əsərin ideyasıdır.
  4. Dördlük şəklində yazılmışdır.
  5. Əsər əruz vəzninin həzəc bəhrindədir.

12.Müəllimin dərsdən əvvəl gündəlik planlaşdırmasını hazırlayaraq, dərsə hazırlaşması mərhələsi necə adlanır?

  1. Layihələşdirmə
  2. Diaqnostlaşdırma
  3. İnformasiyavermə
  4. Qiymətləndirmə
  5. Təşkilatçılıq
  6. Tarixizmlərdən birinin mənası doğru verilməyib:
  7. Daqqa-dəridən tikilmiş hündür papaq
  8. Toppuz-dəyənək
  9. Təhnə-ağacdan hazırlanan iri qab
  10. Nahiyə-bölgə
  11. Qarodovoy-polis nəfəri

 

 

CAVABLAR:

1 D

2 D

3 C

4 B

5 E

6 C

7 E

8 D

9 A

10 E

11 D

12 A

13 D

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları