Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-07 15:50:00
AMEA: Havanın soyumasına səbəb

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bu barədə AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib.

 

O deyi ki, aprelin 9-u gündüz saatlarınadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçməsi, temperaturun tədricən aşağı enməsi, dağlıq ərazilərdə isə qar yağması gözlənilir.

 

M. Həsənov qeyd edib ki, aprelin birinci və ikinci ongünlüyündə ölkənin dəniz səviyyəsindən 1000-1500 metrdən yüksək olan dağlıq ərazilərinə qarın yağması mümkündür və belə hal bu dövr üçün səciyyəvidir. Onun sözlərinə görə, bu dövrdə qarın yağması ötən illərdə də müşahidə edilib.