Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-06 16:27:00
Üstün zəkalı uşaqların təhsili necə təşkil olunmalıdır?-ARAŞDIRMA

Üstün zəka nədir? Kimlərə üstün zəkalı deyilir? AzEdu.az valideynlər üçün çox vacib məlumatları təqdim edir:

“Zəka qavrama qabiliyyətidir. 130 IQ səviyyəsi üstün zəkaya işarədir. Dünya üzərindəki insanların 2-3%-i bu cür zəkaya sahibdir. 145 IQ səviyyəsi isə dahilərə məxsusdur. Zəka ölçülə bilir, ağıl isə yox. Zəka genetik mirasdır. Daha çox anadan övlada keçən prosesdir. Üstün zəkalı uşaqlar bir neçə istiqamətdə yaşıdlarından daha öndə olur. Onlar nadir işlər görürlər. Belə ki, etdikləri ya daha öncə edilməmişdir, ya da bu qədər mükəmməl olmayıb”

Üstün zəka uğurlu həyat yaşamağa əsas verirmi?

 

“Bu cür uşaqlar erkən oxuyur və yeriyir”

 

Xeyr. Zəka müxtəlif çətin məsələləri həll etmək qabiliyyətidir. Bu cür insanlar ətrafdakılardan çox fərqləndiyi üçün çox zaman kibirli olurlar, başqa insanları bəyənmirlər. Bu da onların cəmiyyətdə sevilməsinə və sosiallaşmasına maneə yaradır. Diqqətli valideynlər uşaq doğulduğu andan onu izləyərək fərqli olduğunu anlaya bilər. 3 yaşından sonra uşağın fərqliliyi daha çox ortaya çıxır. 5 yaşından sonra isə testlər vasitəsilə təsdiqlənə bilir. Onların baxışlarından fərqlilikləri ortaya çıxır. Bu cür uşaqlar erkən oxuyur və yeriyir. İnsanın ən böyük uğuru onu anlayan dəstək olan anasının var olmasıdır. Tarix də təsdiqləyir ki, dahilərin formalaşmasında analarının dəstəyi önəmli olub. Çox oyuncaq almaqla uşaqlar dahi olmurlar. Kitab oxuyub, xəyal qurmaqlarına şərait yaradılmalıdır. Dünyanın ən uğurlu uşaqları oxuduqları kitabları, izlədikləri filmləri valideynləri ilə müzakirə edənlərdir. Əksər hallarda imkanlı ailələrdə böyük adamlar yetişmir, çünki böyük xəyalları, idealları, istəkləri olmur.

 

Üstün zəkalı şagirdlərin təhsili hansı sistemlə qurulmalıdır?

Bəlli bir IQ səviyyəsinə malik şagirdlər özəl məktəblərdə oxumalıdır. Bu cür uşaqlar kəşf edilməlidir. Normal məktəblər onların qabiliyətini daraldacaq. Sadəcə özəl məktəblərdə onun sosiallaşmasına da diqqət edilməlidir. Normal məktəblərdə bu cür şagirdlərə xüsusi proqramla dərs keçilməlidir. Onlara müəllimin eyni mövzunu 2-ci dəfəki izahı vaxt itkisi kimi qavranlır və dərsdən yayınırlar. Bəzən üstün zəkalı şagirdlər müəllimlərdə qısqanclıq hissinə səbəb olur. Onların ağlı müəllimlərini qorxudur və şagirdə qəsdən “gerizəkalı” deyirlər.

 

 

Zəka zamanla inkişaf etdirilə bilər... Zəka genetik irsən keçibsə, bu zamanla daha da inkişaf etdirilə bilər. Zəka xam maldır. Əsas məqsəd onu ağıla,praktikaya çevirə bilməkdir. Çox zəkalı olub, intihar edənlər də var. Bunu ağıla çevirdikdə daha düzgün istifadə edilir.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları