Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-25 09:40:00
Bu ixtiraların qadınlar tərəfindən edildiyini bilirdinizmi?  

Bir çox ixtiraların kişilər tərəfindən edildiyini düşünürük, ancaq əslində heç də elə deyil. “Qafqazinfo” qadınlar tərəfindən edilən dünyanın mühüm ixtiralarını təqdim edir: 

Avtomobil şüşəsiləni 

Yağışlı və qarlı havada avtomobillərin ön şüşəsini təmizləyən siləcəyi 1903-cü ildə Meri Anderson ixtira edib. Ancaq o dövrdə bu siləcəklər avtomotik deyil, əllə işlədilirdi. Elə bu səbəbdən sürücülər bunun təhlükəli olacağını düşünüb ixtiranın üzərində o qədər də dayanmadılar. Daha sonra Şarlotta Bridqvud adlı başqa bir qadın siləcəklərin avtomatik variantını hazırlasa da, yenə diqqəti cəlb edə bilmədi. Patent haqqı dolan ixtira qəfil insanların marağını çəkdi və ilk olaraq “Cadillac” avtomobillərində istifadə edildi. 

Qabyuyan maşın 

Qulluqçuların işini asanlaşdırmaq üçün Jozefina Kokreyn 1886-cı ildə qabyuyan maşının lisenziyasını alır. Yüksək su təzyiqi, dönən çarx, qızdırıcısı ilə qabyuyan maşın hazırlayan Kokreyn maşının dizaynını özü hazırlamasa da, ixtirası ilə həmcinslərinin işini xeyli asanlaşdırdı. 

Səhv düzəldən ağardıcı 

Yazı makinalarında “Sil” tuşu olmadığından yazılarda gedən səhvin üzərinə xətt çəkməklə düzəliş edilirdi. Bundan narazı olan katibə Betti Nesmis Qraham yazını silmək üçün maraqlı ixtira edir. Qraham öz mətbəxində hazırladığı və şifrəsini uzun müddət gizli saxladığı səhv düzəldənin lisenziyasını 1958-ci ildə aldı və bu patent 1979-cu ildə “Gilette” firmasına 47,5 milyon dollar qarşılığında satıldı. 

Kompüterlər

Kompüterlərin ixtiraçısı kimi hamımız Alan Tyurinqi tanısaq da, ondan əvvəl bu ideyanın müəllifi Qreys Hooper olub. Hooper və Hovard Aiken 1944-cü ildə Harvard Universiteti üçün “Mark 1” kompüterini hazırlayıblar. Qreys yazı dilini informasiya koduna çevirən ilk proqramistlərdən biridir. “Mark 1” 5 ton ağırlığında idi. Kompüter dilində “Səhv” anlamına gələn “Bug” və “Debugging” terminlərini də Qreys yaradıb. 1959-cu ildə COBOL layihəsində yer alaraq dünyanın ilk moderator proqramlaşdırma dillərindən birini yaradan komandanın tərkibində yer alıb.