Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-06 12:35:00
Gənclər “Tələbə baharı” festivalının onlayn seçim mərhələsində iştiraka dəvət olunur

Gənclər və İdman Nazirliyi yaradıcı və istedadlı tələbələri aprelin 1-dən 10-dək keçirilən “Tələbə baharı” Xlll ümumrespublika tələbə yaradıcılıq festivalının onlayn seçim mərhələlərində iştiraka dəvət edir.

 

Nazirliyin mətbuat xidmətindən AzEdu.az-a bildiriblər ki, onlayn seçim mərhələləri musiqi (janrlar üzrə), xalq mahnıları, klassik musiqi (vokal), estrada musiqisi, pop musiqisi, muğam, rok, rəqs (janrlar üzrə), milli rəqslər (solo), müasir rəqslər (solo), dünya xalqlarının rəqsləri üzrə keçiriləcək.Festivalın qala-konserti bu il may ayının 29-da təşkil ediləcək.

 

Onlayn seçim mərhələlərində iştirak etmək üçün əlaqə nömrəsi: (070) 668 – 08 – 02.