Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-05 16:43:00
Müəllimlərin oxumalı olduğu 6 VACİB KİTAB - SİYAHI

Əsrlər boyu müəllim cəmiyyətdə sayılıb-seçilən insanlardan olub. Bu gün də müəllimlər cəmiyyətdə layiqli yer tutublar. Onlar öz vəzifələrinin məsuliyyətini, çətinliyini, müqəddəsliyini dərk edir və gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşımağa imza ataraq, bu yolda heç bir çətinlikdən qorxmayan, zəhməti, fədakarlığı hesabına özünə inanan insanlardır.

 

Bu peşənin tədrisinə başlayacaq yeni, gənc müəllimlər nəyi və necə edəcəklərində bir qədər çətinlik çəkirlər və müəyyən tövsiyələrə, məsləhətlərə ehtiyac duyurlar.

 

Son on ildə çıxan elmə, təhsilə yönəlmiş həm müəllimlərə, həm şagirdlərə öyrənmək metodlarını göstərən kitablar mövcuddur.

Bu kitablar müəllimlərin ehtiyac duyduğu tövsiyə və məsləhətləri əks etdirir.

 

AzEdu.az həmin kitablardan bir neçəsini təqdim edir:

 

Uşağım məktəbi sevmir

Sərbəst oyun müdafiəçilərindən olan Peter Gray uşaqların məcburi təhsilin açdığı problemlərdən azad olunmasının və uşaqların zövqlərinə uyğun əyləncələrindən məhrum qalmayaraq təhsilə davam edə biləcəklərinin mümkün olduğunu qeyd edib.

 

Öz

Dünyada TED danışıqları ilə məşhurlaşan təhsil eksperti Sir Ken Robinsonun kitabı 30 milyondan çox izlənmiş “Məktəblər yaradıcılığı öldürür” adlı TED danışığının daha geniş halıdır. Robinsona görə, insanlar özlərini tanıdıqlarında bu, onlar üçün yaradacılıq və uğur baxımından pik həddə çatır.

 

Cahil müəllim

Joseph Jacotot şagirdlərinə öz-özlərinə fransız dili öyrənməyə rəhbərlik edir. Jactotot bildirir: Bu kitab bilən ilə bilməyənin, öyrədən ilə öyrənənin bərabərliyindən bəhs edir.

 

Oyunun gücü

Günümüzdə valideynlər uşaqlarını öyrənməyə məcbur etmədikdə yaşıdlarından geri qaldıqlarını düşünürlər. Lakin David Elkind bildirir ki, uşaqların sağlam böyüməsində və zehni inkişaflarında oyun oynamaq vacib rol oynayır.

 

Bir qurbağa kimi sakit və diqqətli

Hazırki uşaqlar olduqca hərəkətli, gərgin və eyni zamanda diqqətsiz olurlar. Bəs diqqətli və sakit olmaqları üçün onlara necə kömək edə bilərik? Eline Snelin yazdığı 5-12 yaş arası uşaqlara və onların valideynlərinə aid olan bu orijinal  kitabda faydalı məlumatlar verilib.

 

Əzm

Psixoloq və yazıçı  Angela Duckworth bu kitabda bacarıqlı olmağın sirlərinə dair yeni məsləhətlər verib. Öz bacarıqlarına güvənməyib, amma əzmlə çalışaraq məqsədlərinə çatan insanlardan nümunə göstərir.

 

Bunlar mütaliə olunmalı kitabların bir qismi idi. Bu kitabları mütaliə etdikcə ideal müəllim olmaq məqsədilə çətinliklərdən və çəkilən əziyyət müqabilində əldə olunan uğurlu nəticələrdən zövq alan müəllimlərimizin sayı gündən-günə artır.

 

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Buna görə müəllimlər daima özlərini inkişaf etdirməli və mütaliəyə çox vaxt ayırmalıdırlar.

Ülkər Abdurahmanlı
Müəllifin digər yazıları