Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-05 14:43:00
Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir - FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 00:00-dan etibarən Azərbaycanda Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılıb. Yeni qaydalara əsasən, vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir).

 

AzEdu.az xəbər verir ki, artıq bəzi vətəndaşlar bu xidmətdən istifadəyə başlayıb.

İstifadəçilər sorğuların operativ şəkildə cavablandırıldığını bildiriblər.