Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-05 13:05:00
ADNSU-nun onlayn tədrislə bağlı statistikası

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) martın 29-dan etibarən başlayan  onlayn tədrisin əhatə dairəsi aprelin 3-dən magistratura pilləsində təhsil alan gənclərin də prosesə cəlb edilməsi ilə tələbələrin ümumi sayının 85,5%-ni, dərslərin isə 100%-ni təşkil edib. Digər tələbələrin də onlayn tədrisə cəlb edilməsi üzərində işlər davam etdirilir.

 

Bu barədə  ADNSU-dan  məlumat verilib.  Bildirilib ki,  universitetin  2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn tədris prosesinin statistikasına  görə  ali məktəb üzrə bakalavr pilləsində əyani şöbədə I, II və III kursda təsil alan 7777 nəfər, qiyabi şöbədə 317, II ali təhsil üzrə 1091 nəfər, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 538 nəfər, magistratura pilləsində isə,   ümumilikdə 608 nəfər (I kurs magistrlər – 573 nəfər və TEMPUS proqramı üzrə - 35 nəfər) onlayn tədrisə cəlb olunub.

 

Qeyd edək ki, onlayn dərslər mühazirə və məşğələ formatında (laboratoriya dərsləri mövzulara uyğun olaraq tələbələrin suallarına cavab və diskussiya formatında) aparılır.

 

ADNSU-da onlayn tədrisin təşkili ilə əlaqədar tələbələri maraqlandıran sualların cavablandırılmasını, mümkün problem və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək üçün “qaynar xətt” təşkil olunub. ADNSU-nun (070) 493 45 57- telefon nömrəsi saat 08:30-dan 18:00-dək “qaynar xətt” rejimində işləyir.