Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-04 14:59:00
Fizika İnstitutunun magistrları üçün distant təhsil

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun birinci kurs magistrlarına  martın 29-dan etibarən distant  dərslər keçirilir. Dərslər cədvələ uyğun təşkil olunur.

 

İkinci kurs magistrlar isə elmi-pedaqoji təcrübə keçirlər. Təcrübələr fizika üzrə fəlsəfə doktoru, dosent Nadir Mustafayevin rəhbərliyi ilə distant  təşkil edilir. Təcrübə məqsədi ilə  ikinci kurs magistrlar ixtisaslarına uyğun müəllimlərin birinci kurslardakı  tədris prosesinə  qoşulurlar.

          

Ümumilikdə AMEA Fizika İnstitutunda birinci kurslar 9 ixtisas (nəzəri və riyazi fizika, bərk cisimlər fizikası, kvant elektronikası, bioloji sistemlər fizikası, yarımkeçiricilər fizikası, nanoelektronika, nanohissəciklər fizikası, biofizika, atom və nüvə fizikası), ikinci kurslar isə 5 ixtisas (nəzəri və riyazi fizika, kvant elektronikası, bioloji sistemlər fizikası, yüksək enerjilər fizikası və yarımkeçiricilər fizikası ) üzrə magistratura təhsili alırlar.