Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-04 11:49:00
Tibb Universitetinin könüllü tələbələri klinikalara GÖNDƏRİLDİ

Koronavirusa yoluxan xəstələrin sayı ölkədə günü-gündən çoxalmaqdadır. Bu artan sayın qarşısında isə tibb işçiləri, həkimlər dayanır.

Amma eyni zamanda bu məqamda belə bir sual da formalaşır: Yoluxma faktoru çox olacağı təqdirdə hələ ixtisasını tamamlamayan Tibb Universiteninin tələbələri işə cəlb oluna bilərmi? Yaxud da elə indi də könüllü olaraq çalışan belə tələbələr var?.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova universitetdə sırf koronaviruslu xəstələrlə işləyən klinikalarda çalışmaq üçün ayrılan könüllü qrupların olduğunu bildirib:

 

“Hər fakültə üzrə müyyən sayda könüllülər ayrıldı ki, klinikalara göndərilsin. Bundan əlavə bizim rezidentlərimiz və həkimlərimiz də bu iş üçün hazırda müxtəlif xəstəxanadadırlar. 

Əgər yenə ehtiyac olarsa, tələbələrdən əlavə qruplar ayrılaraq həkimlərimizə kömək üçün göndəriləcək. Kömək üçün göndərilən tələbələr özləri istəkli şəkildə olmaqla aktiv tələbələrdən seçilir”.

 

G.Aslanova könüllü qrupların tək Bakıda yox, bölgələrdə də olduğunu diqqətə çatdırıb:

 

“Koronaviruslu xəstələrə yardım üçün tələbələrimiz təkcə Bakıda çalışmır. Müxtəlif bölgələrdə də könüllü olaraq bu işə dəstək olan məzun və tələblərimiz var”.