Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-04 10:15:00
UNEC Azərbaycan təhsilində ilk sayılacaq yeniliklər edəcək -  Rektordan müraciət 

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru tələbələrə müracət edib.

 

AzEdu.az xəbər verir ki, rektor yaranmış vəziyyətdə tələbələri vaxtdan səmərəli istifadə etməyə çağırıb:

 

"Əziz UNEC tələbələri,

Ümidvaram ki, yaxşısınız və yaranmış vəziyyətdə sərbəst vaxtınızı mümkün qədər səmərəli keçirirsiniz.


Artıq mübahisə predmeti deyil ki, 20-əsrin inkişaf ssenarisi 21-ci əsr üçün uyğun deyil. Bu çağırış təhsil sistemini də çox ciddi sınaqlarla üz-üzə qoyur. Çox ehtimal ki, 21-ci əsrdə təhsil əvvəlki əsrlərdən miras qalmış təhsil sistemindən və yaxud da onun əsas tərkib elementlərindən imtina etmək məcburiyyətində qalacaq. Düşünürəm ki, ən böyük yeniliklərdən biri zəruri bilik, vərdişlərin və kompetensiyaların qazanılmasında təhsil almaq istəyənlərin əsasən müstəqil və onlar üçün uyğun vaxtda, uyğun yerdən əldə etmək imkanlarının reallaşması olacaq. Biliklərin yaradılması və ötürülməsində universitetlərin inhisarçılığının sonu görünür.


Bu gün bütövlükdə ali təhsilin gələcəyi hamını olduğu kimi, UNEC-in gələcəyi də bizləri daha çox düşündürür. Koronavirusla bağlı yaranmış vəziyyəti nəzərə alaraq tələbələrimizin sərbəst vaxtlarını həm də tədqiqat məqsədlərinə yönəltmək üçün yeni stimullaşdırıcı qərar haqqında sizləri məlumatlandırmaq qərarına gəldim.

 

-UNEC bakalavr tələbəsinin tək müəllifliyilə Web of Science və ya Scopusda indeksləşmiş mənbədə çap olunmuş məqaləsi və konfrans tezisi Yekun Dövlət Attestasiya kimi qəbul ediləcək.

 

-UNEC magistrinin tək müəllifliyilə, dissertasiya mövzusuna uyğun mövzuda və impaktı 0.5-dən az olmayan Web of Science və ya Scopusda indeksləşmiş mənbədə çap olunmuş məqaləsi magistr dissertasiyasının müdafiəsi kimi kimi qəbul ediləcək.
Hər birinizə və doğmalarınıza uğurlar arzu edirəm. Evdə qalın, tədqiqat aparın".