Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 17:43:00
Türkiyəli tələbələrdən koronavirusa qarşı inqilabi KƏŞF

Türkiyənin tanınmış ali məktəblərindən olan Koç universitetinin bir qrup tələbəsi dünyada koronavirus pandemiyasının vüsat aldığı bir zamanda ən çox ehtiyac duyulan avadanlıqlardan olan süni oksigen aparatının yeni versiyasını hazırlayıb.

 

AzEdu.az xəbər verir ki, çox aşağı büdcəyə hazırlanan və sürətlə istehsalı mümkün olan aparat professor İsmayıl Lazoğlunun rəhbərlik etdiyi 5 nəfərliq qrup tərəfindən təqdim edilib. 3,5 litr həcmli aparatı həm mobil telefon, həm qapalı rejim texnologiyası ilə idarə etmək mümkündür.

Aparatı hazırlayan qrup artıq onu patentləşdirib və kütləvi istehsalı üçün dəstək gözləyir. (publika.az)