Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 17:00:00
Azərbaycan Texniki Universitetinin elmi şurasının növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şurasının növbəti onlayn iclası keçirilib.

 

AzEdu.az-ın məlumatına görə, universitetdən  bildirilib ki, iclasın gündəliyində onlayn dərslərin gedişi, yeni tədris planlarının formalaşdırılması, kurs işi, kurs layihəsi, məşğələ, laboratoriya dərslərinin təşkilində yeni yanaşmalar, sənayedə AzTU-nun kafedrasının yaradılması, universitetin 70 illik yubileyi, universitetin rəmzləri barədə məsələlər yer alıb.

 

Yüksək aktivlik şəraitində keçən iclasda əksər şura üzvləri müzakirələrə qatılıb, çoxsaylı təkliflər veriblər və gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.