Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 16:12:00
18 yaşlı tələbənin ölüm səbəbi AÇIQLANDI

Azərbaycan Texniki Universitetinin "Nəqliyyat və logistika" fakültəsinin 1-ci kurs tələbəsi, Biləsuvar rayonunun Amankənd kənd sakini 2002-ci il təvəllüdlü Məmmədli Aqşin Mahir oğlu martın 31-də qəflətən vəfat edib.

 

Bu barədə universitetdən AzEdu.az-a verilən məlumatda bildirilib.

 

Valideynlərinin bildirdiyinə görə, Aqşin Məmmədli 1 yaşından ürək xəstəliyindən əziyyət çəkirmiş. Azərbaycan Texniki Universitetinin kollektivi tələbənin vəfatından kədərlənir, ailəsinə səbr diləyir.

 

Allah rəhmət eləsin!