Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 16:00:00
ABŞ  universitetinin azərbaycanlı professoru:  "Koronavirus bioloji silah deyil, çünki..."

AzEdu.az xəbər verir ki, ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin professoru Azər Əhmədov koronavirusla bağlı öz fikir və müşahidələrini şəxsi “Facebook” səhifəsində izləyicilərlə bölüşüb:

 

"Son 4-5 gün ǝrzindǝ mǝnǝ xeyli dost-tanış yazıb, “sǝn nǝ fikirlǝşirsǝn ?” deyə soruşurlar. Mǝn hǝkim, bioloq deyilǝm. Xǝstəliklǝrin yayılması (epidemiya) riyaziyyatda, riyazi biologiyada öyrǝnilir, amma mǝn bu sahǝnin dǝ mütǝxǝssisi deyilǝm. Tǝǝssüf ki, “Facebook”-da çoxlu mǝsuliyyǝtsiz postlar olur, bundan dolayı mǝni tanıyan dost-tanışlar üçün faydalı bir informasiya vermək istədim.”

 

Azər Əhmədov koronavirusla bağlı verilən informasiyalara inandığını, virus yayıldığı ilk gündən məsələyə çox diqqətlə yanaşdığını və ehtiyatlı davrandığını qeyd edib:

 

“Xǝbǝr çıxan gündǝn (yanvarın sonlarından) çox ciddi yanaşıram. Son 3 hǝftǝdə cǝmi 2-3 dǝfǝ evdǝn küçəyə ərzaq almaq məqsədilə  çıxmışam”.

 

Azərbaycanlı professor bu məsələnin siyasi oyun olmadığını və təbii proses olduğunu söyləyib:

 

“Qripdǝn hǝr il nǝ qǝdǝr adam ölür” sualına cavabım odur ki, vacib olan rǝqǝm ölǝnlǝrin sayı yox, xǝstǝliyǝ tutulanların neçǝ faizinin ölmǝsidir. Qripin öldürmǝ faizi 0.1-dir. Bu xǝstǝliyin öldürmǝ faizi isǝ 2-yə bərabərdir. Yaşlılar arasında öldürmǝ fazi xeyli yüksǝkdir.

 

“Qrip dǝ öldürür” deyirlər. 2 faiz  0.1-dǝn 20 dǝfǝ çoxdur. Bunun necǝ böyük bir rǝqǝm olduğunu bilmǝk üçün evdǝ, bankda olan pulunuzu, var-dövlǝtinizi 20-yǝ vurun.

 

Bu, ABŞ-ın bioloji silahı deyil. Koronavirusdan ǝn çox ǝziyyǝt çəkǝn ölkǝlǝrdǝn biri, bǝlkǝ dǝ birincisi elǝ ABŞ-dır. Həmçinin, Çinin də oyunu deyil.

 

Həmyerlimiz bildirib ki, virusun bitməsi insanlardan, onların nə dərəcədə məsuliyyətli və aydın düşüncəli olmasından asılıdır.

 

Azər Əhmədovun fikrincə, ABŞ-da virusdan ölənlərin sayı daha da artacaq:

 

“Bütün ölkǝlǝr ağır iqtisadi zǝrbǝ alır. Amma istisnasız olaraq bütün hökumǝtlǝr (bǝzilǝri geciksǝ dǝ) insan hǝyatını maddi itkilǝrdǝn üstün tutdular. ABŞ-da hazırda 5 min adam ölüb, amma növbǝti bir-iki aya 240 minǝ qǝdǝr adamın ölmǝsi ehtimal olunur.

 

2000 insan tanıyırsınızsa, bu, onlardan 40-nın ölmǝsi demǝkdir. 100 nǝfǝr yaşlı insan tanıyırsınızsa, bu isə onların çox yüksǝk faizinin ölmǝsi demǝkdir. Bu tǝdbirlǝr daha çox yaşlı insanları qorumaq üçündür. Onların da hǝyatı qiymǝtlidir. Yaşlı insanlara bu günlərdə xüsusi diqqət lazımdır”.

 

“Bizim Azǝrbaycan hǝkimlǝri dunyanın ǝn fǝdakar hǝkimlǝridir. Yaxın tariximizdǝ dǝfǝlǝrlǝ sübut ediblǝr. Onlara inanın”, - deyə azərbaycanlı professor əlavə edib.