Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 12:12:00
“Virtual məktəb” bölgələrdə necə tətbiq olunmalıdır?-Ekspertdən izah 

“Bölgələrdəki şəbəkə göstəricisi zəif olan yerlərdə internet problemlərinin aradan qaldırılması üçün tapşırıqlar verilməlidir”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

 

 

O, “Virtual məktəb” layihəsindən şəxsən istifadə etdiyini vurğulayıb.

 

 

 

“Texnologiya  sahəsində  çıxan  problemləri  azdan-çoxdan bildiyim üçün əvvəlcə  özüm istifadə etmək qərarına  gəldim. Qeyd edim  ki, “Virtual məktəb” layihəsi nazirlik tərəfindən yaradılan  gözəl imkanlardan biridir. Bu portalda şagirdlərin istifadə edəcəyi əlavə imkanlar da olacaq.

 

 

 

Onu da qeyd edim ki, dünən  bir nece valideyn qeydiyyatdan keçə bilmədiyini mənə bildirdi ve mən də onlara kömək etdim. 

 

 

2019-2020 tədris ilində ölkənin 9 rayonunda 165000 birinci sinif qeydiyyata alınıb. Ümumilikdə isə  milyon yarimdan çox şagird var və bunun çox az qismi “Virtual məktəb” dən  qeydiyyatdan keçib ve  bu sistem rayonlarda geniş tətbiq edilməyəcək. 

 

 

Bəs digər bölgələrdə bu sistem necə tətbiq olunacaq? Hər biri haqqında qısa  da olsa fikrimi bildirəcəm:

Əvvəlcə onu qeyd edim ki, bu işlər skype, google clasrromla olmur. Çünki  vaxtında inkişaf etmiş ölkələr kimi distant tehsilin imkanlarından istifadə etsəydik, tanınan şirkətlərin biri ile müqavilə bağlasaydıq və mütəxəssislərimiz bu proqram üzərində çalışsaydı, daha yaxşı olardı. Belə olan halda hər  kes ferqli proqramda ders keçməyəcəkdi. Bizdə başimiza hadisə gəlməsə, B planımız heç vaxt  olmur.

 

Hazirda yaranan problemlərlə  əlaqəli Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  və Təhsil Nazirliyi bərabər işləməli, mobil operatorlara da internet paketlərinin aşağı salınması və kəndlərdəki şəbəkə göstəricisi zəif olan yerlərdə bu problemlərin aradan qaldırılması üçün tapşırıqlar verməlidirlər”.

 

 

Adil Vəliyev bu istiqamətdə bir sıra işlər gördüyünü deyib.

 

 

“Onu da qeyd edim ki bu mövzuda bir neçə millət  vəkilinə məlumat   vermişəm. İndidən gələcək planlarımız üçün mütəxəssislər yetişdirilməlidir.

Hazirda isə qeydiyyat etmək mümkün deyil. Fikrimcə tələsən təndirə  düşər atalar sözünə  nazirlik də əməl etməli, 3 gün gec olsa da layihəni təkrar- təkrar gözdən keçirməli daha sonra istifadəyə verməlidir”.

 

 

Qeyd edək ki, ölkəmizdə olan təhsil müəssisələrində tədris prosesi 20 aprelədək dayandırılıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları