Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 11:12:00
Distant təhsil rəsmiləşdirilməlidir-Şamil Sadıq

 

“Distant təhsil layihəsini hazırlamağın, şərtlərinin müəyyənləşdirməyin vaxtıdır”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında  Hədəf Şirkətlər qrupunun baş direktoru Şamil Sadıq deyib.

 

 

 

O, atılan addımların təhsilin çevikliyini göstərdiyini vurğulayıb.

 

 

 

“İstər rəhbərlik, istərsə də, müəllimlər ilk addımı atdılar. Hər zaman belə olub, əgər lider öndə gedirsə, komanda da onu izləyəcək. Bu baxımdan Cənab Ceyhun  Bayramovun verdiyi qərarlar, atdığı addımlar təqdirəlayiqdir. 

 

 

 

"Mədəniyyət"  kanalında efirə gedən teledərslər ajatajı azaltdı. Virtual məktıb layihəsi lap yerinə düşdü. Düzdür, bu cür işləri çoxdan görmək lazım idi, amma indi əsl yeridir”.

 

 

Şamil Sadıq söyləyir ki, hər kəs canlı dərslərə qoşula bilmir, tv-ni izləmək imkanı olmur, ona görə də bu layihə təhsilimiz üçün çox faydalıdır. 

 

 

 

“Ümumiyyətlə, düşünürəm ki, distant təhsil layihəsi qanunu hazırlamağın, şərtlərinin müəyyənləşdirməyin vaxtıdır. Çünki belə görünür ki, 2-3 ay təhsilimiz distant yolla fəaliyyət göstərəcək. Ona görə də bu rəsmiləşdirilməlidir”.

 

 

 

Qeyd edək ki, təhsil müəssisələrində tədris ,təlim və bununla bağlı bütün məsələlər aprelin 20-dək dayandırılıb. 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları