Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 10:26:00
Elçin Süleymanov: Sosial paketdə tələbələrin təhsil haqqının ödənilməsinin nəzərə alınması əhəmiyyətli addımlardan biridir

Koronavirus pandemiyasından zərər çəkən Azərbaycan əhalisinin maddi vəziyyətinin dəstəklənməsi üçün hazırlanan sosial paketdə övladları təhsil haqqı ödəyən valideynlərin də nəzərə alınması əhəmiyyətli addımlardan biridir.

AzEdu.az xəbər berir ki, bunu təhsil eksperti Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, hazırkı dövrdə təhsilə dəstəyin göstərilməsi lazımdır.

"Koronavirus pandemiyası ilə əlaqədar inkişaf etmiş ölkələrdə çox əhəmiyyətli iqtisadi paketlər hazırlanır. Azərbaycan da bu virusa qarşı qabaqlayıcı tədbirlər həyata keçirən ölkələrdən biridir. Bu məqsədlə bütün təhsil müəssisələrində tədrisin dayandırılması da əhəmiyyətli addımlardandır. Eyni zamanda, iqtisadi dəstək proqramların təşkilini, eləcə də sosial həssas qrupa daxil edilən ailələrin üzvü olan tələbələrə dəstəyin göstərilməsini alqışlamaq lazımdır. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstəyin göstərilməsi ilə bağlı müzakirələrin aparılması onu göstərir ki, koronavirusun iqtisadi təsirlərini müəyyən edərkən bu ailələrin övladlarının təhsil haqqı məsələsi də dövlətin diqqətindən yayınmayıb".

Azərbaycanda tələbələrin çoxunun dövlət sifarişi ilə təhsil almasını xüsusi müsbət məqam kimi dəyərləndirən E.Süleymanov bildirib ki, tələbələrə dövlət dəstəyinin göstərilməsi hökumətin siyasətinin daim tərkib hissəsi olub: