Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 09:37:00
Bu il tədris prosesi təmamilə onlayn qaydada tənzimlənəcək.?-Ekspert RƏYİ

Təhsil eksperti Elçin Əfəndi facebook hesabında koronavirus (Covid-19) pandemiyasının təhsilə təsiri ilə bağlı fikirlərini bölüşüb. O qeyd edir ki, dərslər iyunda başlana bilər:


“20 aprelədək karantin rejimidir. Şəxsi düşüncələrimə və mövcud vəziyyətə, eləcə də bir neçə gün ərzində araşdırmalarıma görə dərslər başlayarsa yalnız iyun ayında başlana bilər”.

 

Elçin Əfəndi həmçinin Dövlət İmtahan Mərkəzinin imtahanları online keçirmək kimi ehtimalının olduğunu da qeyd edib:

 

“Bu il tədris prosesi tamamilə online qaydada tənzimlənəcək. Bu bütün təhsil müəssisələrinə (ali məktəb, orta ixtisas və orta) şamil olunur. Artıq Təhsil Nazirliyi  təhsil müəssisələrində distant dərslərə start verib. Buradan bütün şagird, tələbə və müəllimləri qoşulmağa çağırıram.
Biz yalnız bir məsələyə ümid edə bilərik ki, virus təhlükəsi aprel ayının sonuna kimi bütün dünya üzrə aradan qaldırılsın. Belə olan halda dərslər online deyil, ənənəvi qaydada keçilər.

 Əgər virus təhlükəsi uzun sürərsə hətta Dövlət İmtahan Mərkəzinin imtahanları online keçirmək kimi ehtimalı da var

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları