Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-02 17:14:00
Azərbaycanda yeni tələbə yataqxanası istifadəyə veriləcək

Azərbaycanda yeni tikilmiş tələbə yataqxanası istifadəyə veriləcək.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında qeyd olunub.

 Belə ki, 2020-2021 tədris ili üçün Azərbaycan Milli Konservatoriyasının yeni tikilmiş yataqxana binasının istifadəyə verilməsi planlaşdırılır.

 Eyni zamanda, bəzi ali təhsil müəssisələri də mövcud yataqxanalarında müəyyən işlər görməkdədir.