Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-02 18:20:00
Onlayn dərslərdə qrafik planşetdən istifadə edilir

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığını təmin etmək məqsədilə ölkə ərazisində bütün dərslər distant tədris olunur.

 

AzEdu.az xəbər verir ki, şagirdlərin dərs proqramından geri qalmamasını təmin etmək məqsədilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” verilişi yayımlanır. Həmçinin təhsilin müxtəlif səviyyələri üzrə məsafədən təhsil həyata keçirilir. Dərslərin distant şəkildə səmərəli və effektiv təqdim olunmasında müxtəlif vasitələrdən istifadə edirik. Riyaziyyat fənni üzrə dərslərin onlayn keçirilməsində “Zoom call” proqramından, həmçinin xüsusi qrafik planşetdən istifadə edirik.

Bu sözləri Bakı şəhəri 6 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Yaşar Bilalov söyləyib. O bildirib ki, bu qurğunun vasitəsilə şagirdlər onlayn dərslərə rahat şəkildə qoşula və iştirak edə bilirlər. Sanki qara lövhə funksiyasını daşıyan planşet vasitəsilə müvafiq fənn üzrə təqdim olunan tapşırıqların yerinə yetirilməsi daha asan şəkildə həyata keçirilir. Qrafik planşetlə işləmək üçün qurğunun xüsusi qələmindən istifadə edirik. Qrafik planşet vasitəsilə təqdim olunan dərslərdə eyni vaxtda yüzədək şagird iştirak edə bilər. Ancaq tədris proqramının siniflər üzrə müəyyən olunduğunu nəzərə alaraq dərslər müvafiq siniflər üzrə təşkil edilir.

Yaşar Bilalov şagirdlərin də qrafik planşetin köməkliyi ilə keçirilən dərslərdən razı qaldıqlarını söyləyib.