Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-02 17:51:00
Çinli professorlar koronavirusun hüceyrələrə daxil olmasının qarşısını aldı - Effektiv KƏŞF

Çinin paytaxtı Pekində yerləşən Tsinqua Universitetinin araşdırmaçıları koronavirusa qarşı yeni dərman tapıb.

 

AzEdu.az xəbər verir ki, professor Canq Linçi antikordan istifadə edərək hazırladıqları dərmanın Kovid-19 virusunun yapışdığı protein parçalarını möhkəm şəkildə izolyasiya etdiyini və immun sistemini gücləndirdiyini açıqlayıb.

 

Kovid-19 virusunun insan hüceyrələrinə girməsinin qarşısını alan bu izolyasiya tədbiri koronavirusla mübarizədə olduqca effektivdir.

 

Araşdırmaçılar bildirib ki, yeni tip virusa yoluxub daha sonra sağalan xəstələrdən götürülən qan nümunələrindən 206 müxtəlif antikor izolyasiya edilib. İlk 20 antikorda aparılan sınaqlarda 4-nün hüceyrələrə virusun girməsinin qarşısını aldığı aşkarlanıb. Müalicəyə bəzi qan qrupları daha yaxşı cavab verib.

 

Araşdırmanın növbəti mərhələsində ən yaxşı antikor seçiləcək və sayı artırılaraq koronavirusun mutasiyaya uğramasının qarşısı alınacaq.

 

Qeyd edək ki, koronavirus pandemiyasının ortaya çıxdığı zamandan bəri yoluxan xəstələr qızdırma, HİV, SARS, temperatursalan dərmanlarla və tənəffüs aparatları ilə müalicə olunurdu. (publika.az)