Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-02 17:02:00
  BMU-nun tələbələri autizmlə bağlı videoçarx hazırlayıblar

Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin Biologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri“Birgə və Sağlam” İctimai Birliyi ilə birlikdə 2 Aprel-Ümumdünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar videoçarx hazırlayıblar.

 

AzEdu.az xəbər verir ki, “Dünyaya qatdığınız gözəlliyin fərqindəyik” adlı videoçarxın hazırlanmasında əsas məqsəd mövcud karantin şəraitinin olmasına baxmayaraq, cəmiyyətin diqqətini autizm probleminə cəlb etməkdir.

 

Videoçarxda tələbələr XXI əsrin əsas problemlərindən hesab olunan autizmin əlamətləri və yayılma statistikası haqqında məlumat veriblər.

 

Qeyd edək ki, 2007-ci ildən etibarən BMT-nin qərarı ilə 2 Aprel-Ümumdünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur. Yer üzərində hər 100 insandan biri autizmlidir və bu sindromun ağırlıq dərəcəsindən asılı olaraq belə insanlar özlərini elmin, incəsənətin müxtəlif sahələrində sınaya bilirlər.