Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-02 13:34:00
Çində koronavirusla mübarizə aparan həkimdən vacib məsləhət - Bu qidaları əsla yeməyin!

Uhandakı koronavirus epidemiyası ilə mübarizə aparan ən vacib adlardan olan və Pekin Çin Tibb Xəstəxanasının Tənəffüs şöbəsinin müdiri, xəstəxananın Ağciyər Xəstəlikləri Araşdırma Mərkəzinin rəhbəri  Dr.Vanq Yuquanq qidalar və koronavirusa qarşı tədbirlərlə bağlı məlumat verib. SARS və H1N1 kimi viruslarla mübarizənin qəhrəmanlarından biri olan Vanq, Uhanda təxminən iki ay qalaraq çox sayda xəstənin sağalmasına nail olub.
AzEdu.az xəbər verir ki, o, "Milleyet"ə müsahibə verərək əldə etdiyi təcrübələri və yaşadıqlarını bölüşüb. Sözügedən müsahibəni təqdim edirik: 

- Təcrübənizə görə, SARS və COVID-19 arasındakı fərqlər nələrdir? COVID-19 ilə iki aya yaxın mübarizə apardınız, bu müddət ərzində sizdə hansı dərin izlər qaldı?
- Uhanda olduğum müddətdə, Covıd-19-un daha güclü ötürmə qabiliyyətinə, SARS-dan daha yüksək yayılma sürətinə və müxtəlif ötürmə yollarına sahib olduğunu gördüm. Bu virusu ilk dövrdə aşkar etmək asan deyil və xəstəliyi nəzarət altına almaq SARS-dan daha çətindir.  Uhanda mənə ən çox təsir edən, epidemiya ilə mübarizə aparmaq üçün Çinin müxtəlif yerlərindən gələn tibb işçiləri oldu. Onlar gecə-gündüz fasiləsiz çalışdılar.  Müalicə otağında geyilən qoruyucu geyim bir saat sonra çox şişir və tərlədirdi, buna baxmayaraq hər kəs gündə dörd saatdan çox çalışırdı. Yorğun və halsız olmalarına baxmayaraq heç kim şikayət etmirdi.  Hər kəsin məqsədi eyni idi. Xəstəni sağaltmaq. Bundan əlavə, 70-80 yaşlı Zhong Nanşan və Zhang Boli kimi mütəxəssislərin epidemiya ilə mübarizənin ön xəttini tərk etməməsi məni çox duyğulandırdı.  Məsələn, virusla mübarizə aparmaq üçün təlimatlandırılan Çin dərman mütəxəssislər qrupunun başçısı Dr.Zhang Boli kəskin xolesistit keçirdi və təcili olaraq öd kisəsi götürüldü. Əməliyyatdan bir neçə gün sonra həkim geri dönərək, xəstələrin müalicəsinə davam etdi. Bu məni çox duğulandırdı. 

- Çin iki ay ərzində epidemiyanı nəzarət altına aldı. Sizcə bu müddətdə alınan ən vacib tədbir nə oldu? İndi Çinin epidemiya ilə mübarizəsində ən böyük problem nədir?
- Çin, əsasən, iki ayda epidemiyanı nəzarət altına aldı. Ən kritik amil “bütün ölkənin səfərbərliyi” idi.  Buna paralel olaraq, erkən diaqnoz, erkən karantin və erkən müalicə prinsipi tətbiq olundu. Uhandakı epidemiyanın ən ciddi dövründə, tibbi qaynaqlar həddən artıq məhdud olduğundan, kabin xəstəxanalar vaxtında istifadəyə verildi, digər bölgələrə giriş-çıxış məhdudlaşdırıldı. Tədbirlər təkcə Uhan ilə məhdudlaşmadı, bütün Çin boyu ərazilərdə sərt tədbirlər həyata keçirildi. İndi Çinin əksər yerlərində həyat normala dönüb.  Bu mərhələdə Çin üçün ən böyük problem xaricdən gələnlərin Çində yeni bir epidemiya dalğasının başlatmasının qarşısını almaqdır.

- Təcrübələrinizə görə dünyanın hazırkı, vəziyyətini necə qiymətləndirərdiniz?
- Hər bir ölkə öz vəziyyətinə, yəni tibbi qaynaqlarına, tibbi texniki səviyyəsinə, insanların gündəlik həyat tərzinə görə mübarizə aparır.  Məsələn, Yaponiya, Cənubi Koreya və Sinqapur epidemiyanın yayılmasının qarşısını almaqda uğurlu oldu.  İspaniya, İtaliya və ABŞ kimi ölkələrdə epidemiyanın bu qədər yayılmasının səbəbi, epidemiyanı ciddi qəbul etməmələri, ölüm, yoluxma halları çox olduqdan sonra isə tibbi imkanların çatışmazlığı oldu. Bu vəziyyət yanvar ayında Uhanda baş verənlər ilə çox oxşardır.  Covıd-19 xəstəliyi çox mürəkkəbdir.  Çinin mübarizə təcrübəsinə görə, xəstələrin 80 faizi xəstəliyi yüngül keçirdir. Ağırlaşma əsasən xəstəlikləri olan yaşlılarda olur. Bu virus çox yoluxucudur, səhiyyə işçiləri ciddi tədbirlərə diqqət yetirməlidirlər. Gənclər insanlarla az təmasda olmalı, evdə qalmalı, zərurət olmadığı halda çölə çıxmamalı, maska taxmalı və əllərini tez-tez yumalıdırlar.

- Dünyada epidemiya nə zaman tam nəzarət altına alına bilər?  Yayda vəziyyətin bitmə ehtimalı varmı?
- Hazırda bu suala dəqiq cavab vermək çox çətindir.  Epidemiyanın mərkəzi indi ABŞ və Avropadır, nə vaxt bitəcəyi isə məlum deyil.

- Epidemiyaya qarşı hər hansı bir təklifiniz varmı? Gündəlik həyatda nələrə diqqət etmək lazımdır?
- Ən vacibi ciddi tədbirlərdir.  Balanslı qidalanma, yaxşı istirahət, normal yuxu, təşvişə düşməmək və immunitet sistemini gücləndirmək vacibdir.  Çin tibbinə görə, Covıd-19 virusunun xüsusiyyəti patogen mikroorqanizmlərdir. Buna görə qidalanmada mal əti, qoyun əti və həzm olunmayan yağlı qidalar yeyilməməlidir.  Bu qidalar patogenlərə səbəb olur.  Sonda epidemiya ilə mübarizə aparan bütün türk həmkarlarıma özlərini qorumalarını, qayğı göstərmələrini tövsiyə edirəm. Müalicədən sonra sağalan hər bir xəstənin vəziyyəti yaxşıdır. Erkən diaqnoz və erkən müalicə ölüm səviyyəsini aşağı salır. Çin səhiyyə işçiləri və tibb mütəxəssisləri hər zaman sizinlədir. Epidemiya və müalicə təcrübələrini bölüşməyə və türk xalqına ən qısa müddətdə epidemiyanı aradan qaldırmağa kömək etməyə hazırıq. Birlikdə uğur qazanacağıq!