Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-02 10:31:00
AzMİU-da onlayn dərslər davam edir

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığını nəzərə alaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsilin davamlılığını təmin etmək məqsədi ilə bütün dərslər distant tədris olunur. Martın 16-dan etibarən AzMİU tələbələri onlayn dərslərə başlayıb.

 

AzEdu.az xəbər verir ki, Zoom call proqramı ilə tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb olunur. Dərslər 3 - Azərbaycan, rus və ingilis dillərində aparılır. Bu günə qədər distant dərslərdə 5000 tələbə iştirak edib. Ümumilikdə isə bütün bakalavr tələbələrin distant təhsilə cəlb olunması nəzərdə tutulub. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur.

 

Yaxın günlərdə universitetin magistratura pilləsində təhsil alan tələbələri üçün də onlayn dərslərin verilməsi həyata keçiriləcək.