Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-02 10:58:00
Fransız dilinin tədrisi ilə bağlı onlayn seminarlar təşkil edilib

COVID-19 pandemiyasına qarşı mübarizə günlərində Paris Fransız İnstitutunun dəstəyi ilə fransız dilinin tədrisində aktual problemlərlə bağlı ödənişsiz veb-seminarlar (webinaire) təşkil edilir. Azərbaycan Dillər Universitetinin fransız dili müəllimləri #evdəqal aksiyasını davam etdirməklə bu seminarlara qoşularaq yeni metod və yanaşmalarla tanış ola bilərlər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, seminara qoşulan Madrid və Şanqay Fransız İnstitutunun müəllimləri distant (məsafəli) dərslərin təşkilindən bəhs edəcək və pedaqoji yanaşmalarını bölüşəcəklər.

İlk seminar aprelin 2-si Paris vaxtı ilə saat 16:00-da təşkil ediləcək. Qeydiyyat və növbəti seminarların tarixləri ilə bağlı aşağıdakı linkdən məlumat almaq olar:

https://app.livestorm.co/institut-francais/webinaire-ifprofs-special-coronafle-concevoir-et-animer-un-cours-pour-adultes-a-distance