Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-02 10:18:00
AY HƏZARAT, AY CAMAAT, AY ELLƏR

“Bu həssas günlərdə hər kəs doğruları paylaşmalı, hər kəs həkimlərin, ümumən əhalinin sağlamlığı, asayişin təmini ilə məşğul olan məsul şəxslərin əməyini düzgün qiymətləndirməli, yetkili or­qanların təxirəsalınmaz tədbirlərinin ümumxalq  maraqlarına xidmət etdiyini anlamalı, anlat­malıdır”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı söyləyib.

 

 Əkbər Qoşalı vətəndaşları virusla mübarizədə ehtiyatlı olmağa çağırıb:

 

“İlk növbədə Operativ Qərargahın tövsiyələrinə, qoyulan qadağalara əməl olunmalıdır. Əgər bu qadağalara riayət etməsək, sosial izolyasiya qaydalarına əməl olunmasa, o halda sabah yoluxanların sayı daha çox artacaq. İndi Azərbaycanda 200-dən çox adamda aşkarlanıbsa, bu rəqəm 500 də ola bilər.

 

Yoluxma sayı niyə artmalıdır? İnsanlar qoyulan qadağalara əməl eləsinlər ki, artmasın.

 

Əgər qoyulan qadağalar yerinə yetirilməsə, sabah İtaliya, İspaniya kimi ölkələrin taleyini yaşaya bilərik.

 

Bilirsiniz ki, indi bu ölkələrdə ağır xəstələrə süni nəfəs aparatları tapılmır. Ona görə qocalardan süni nəfəs aparatını götürüb cavanlara qoşurlar ki, heç olmasa gənclər yaşasınlar.

 

Odur ki, özümüzü qorumaq üçün maska taxmaq, dezinfeksiya etmək - bütün bunlar yaxşıdır, lakin yoluxmadan uzaq olmağın əsas yolu təcriddir.” – Bu sözlər Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, baş infeksionist Cəlal İsayevə aiddir.

 

- yoluxmaların, ölümlərin sayının bundan sonra da çoxalacağı ehtimal olunur;

 

- dünyada, bizim aid olduğumuz regionda koronavirusla bağlı durum ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə bizdə də daha ağır durum yarana bilər;

 

- vətəndaşımız, necə deyərlər, şüurlu və peşəkarcasına – vətənkeşcəsinə davranmalı, gerçək təh­lükənin bir addımlığında olduğumuzu idrak etməli, qorunmalı və qorumalıdır;

 

- hər evdən çıxma, hər bir qıraq təmas infeksiyaya yoluxma və ölüm yoluna çıxmaq kimi qəbul edilməlidir;

 

- hər bir məsuliyyətsiz davranış, hər bir qayda pozuntusu, laqyedlik, biganəlik, qeyri-ciddilik xəstələnmək və öz həyatını, ətrafını daha böyük (gerçək!) risk altına atmağın ta özüdür!

 

Bu sıxıntılı günlər, əlbəttə, keçəcək; qoy, sıxıntıların daha tez, daha arğısız keçməsində hamımızın payı olsun!

 

Biz birlikdə güclüyük!

Dövlətimiz, xalqımız zaval görməsin.

Sağlamlıq, anlayış və birlik bayrağımız uca olsun”.