Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-02 12:47:00
Jurnalistlərin fəaliyyətinə məhdudiyyət yoxdur - İbrahim Məmmədov

Bakı, Sumqayıt və Abşeron ərazisində yaşayan jurnalistlər polis postlarından sərbəst keçə biləcəklər.

 

AzEdu.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişov deyib.

 

O bildirib ki, həmin jurnalistlər rayonlara gedə bilməzlər:

 

"Bakı, Abşeron və Sumqayıt əraziərində yaşayan jurnalistlər iş vəsiqəsi və ya xüsusi icazə arayışı təqdim etməklə postlardan maneəiz keçə bilərlər. Həmin jurnalistlərin yalnız Bakı, Sumqayıt və Abşeron ərazilərində hərəkət sərbəstdir".

 

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib ki, jurnalistlərin fəaliyyətinə məhdudiyyət yoxdur:

 

“Ümumilikdə jurnalistlər də rayonlar və şəhərlərarası hərəkətə qoyulmuş qadağalara əməl etməlidir:

 

“Bakıda yaşayan jurnalist Bakı, Sumqayıt və Abşeronda sərbəst fəaliyyət göstərəcək. Amma rayonlara gedə bilməz. Gəncədə işləyən jurnalist də Bakıya gələ bilməz”.