Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-02 12:11:00
Vətəndaşlar evdən yalnız  icazə sənədi ilə çıxa biləcəklər - Nazirlər Kabinetinin sözçüsü 

“Vətəndaşların icazə ilə çölə çıxması ilə bağlı sənəd hazırlanır, yaxın vaxtlarda açıqlanacaq”.

 

AzEdu.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

İ. Məmmədov deyib ki, həmin sənəd hələlik təsdiqlənməyib:

 

“Bu mexanizm üzərində iş gedir, yaxın saatlarda təsdiqlənəcək. Hələlik sənəd hazır olmadığından bu sənəd barədə məlumat vermirik. Sənəddə vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydaları və nəzarət mexanizmi göz əksini tapacaq”.